Kapitan Yamala qızıldan hazırlanmış “iPhone” hədiyyə etdi Şəkillər

13.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın kapitanı Rafinya komanda yoldaşı Lamin Yamala dəyərli hədiyyə verib. 

QOL.az xəbər verir ki, bu barədə İDG məlumat yayıb. 27 yaşlı braziliyalı futbolçu Yamala "Kopa Trophy" mükafatını qazandığına görə qızıldan hazırlanmış "İphone 16 Pro Max" hədiyyə edib. Telefonun arxasında gənc futbolçunun adı və çıxış etdiyi nömrə də qeyd olunub. 

Qeyd edək ki, "Kopa Trophy" U-21 futbolçular arasında dünyanın ən yaxşısına verilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью