Kapitan yığmaya gəlməyən oyunçuları nədə ittiham edib? İdman və Biz

14.11.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə yığmasının kapitanı Harri Keyn bəzi oyunçuların milliyə gəlməməsindən narazıdır.

İdman.biz xəbər verir ki, komandanın 9 futbolçusu yüngül zədə səbəbindən bu addımı atıb.

Siyahıda Bukayo Saka, Deklan Rays, Arnold Aleksandr-Trent, Fil Foden, Aron Ramsdeyl, Levi Koluill, Koul Palmer, Cek Qriliş və Cerrad Brentueytin adına rast gəlmək olar. Keynin fikrincə, bu futbolçular özlərini klubdakı çıxışlarına görə qorumaq niyyətindədirlər. O, bununla bağlı belə deyib: "Yığma - ən vacib komandadır, hansı ki siz peşəkar futbolçu kimi oynayırsınız".

Qeyd edək ki, "Üç şirlər" bu gün səfərdə Yunanıstan, 3 gün sonra isə evdə İrlandiya ilə qarşılaşacaqlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью