futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Niderlandlı futbolçu Vircil Van Dayk milli karyerasını bitirmək fikrindən daşınıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib:
“Dünya çempionatından sonra vida haqqında düşünürdüm. Ailəmlə vaxt keçirməyə ehtiyacım var idi. Sonra Xavi təyinat aldı, mənimlə görüşdü və… 10 saniyə sonra davam edəcəyimi dedim. Bu görüşdə fikrimdən daşındım”.
Van Dayk 2015-ci ildə Niderland yığmasında debüt edib. Kapitan 96 matçda 13 qola imza atıb.
“Liverpul”da çıxış edən 35 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 5 oyunda forma geyinib.