Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu mövsüm ''Barselona''nın ən yaxşı oyunçularından biri olan və keçirdiyi 25 rəsmi oyunda 17 qol, 10 məhsuldar ötürməlik performans sərgiləyən Rafinya son açıqlaması ilə klubun fanatlarını, eləcə də futbol ictimaiyyətini şoka salıb.
''Football-plus.az'' xəbər verir ki, bilindiyi kimi Kataloniya nəhəngi uzun müddətdi, Dani Olmo və Pau Viktora 2025-ci il üçün lisenziya çıxara bilmir.
Braziliyalı Rafinya bu vəziyyəti şərh edərkən bunları deyib: ''Fikrimcə, Olmo və Viktor ilə bağlı yaranmış vəziyyət ''Barsa''nın gələcəkdəki transferlərinə təsir edə bilər.
Çox qarışıq bir durumdu. Futbolçular klubda bu cür qarışıq durumun yaranmasını xoşlamır. Bu vəziyyət mənə də təsir edir.
Əksini söyləsəm, yalan demiş olaram. Amma mən yalan danışmağı xoşlamıram.
Ümid edirik ki, məsuliyyət daşımalı olan şəxslər bu məsələni tezliklə yoluna qoyacaqlar.
Açığı, mən indi başqa klubda olsaydım və ''Barselona''dakı bu vəziyyəti görsəydim, bura gəlməmişdən öncə iki dəfə düşünərdim.