Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Koke daha bir mövsüm "Atletiko"nun şərəfini qoruyacaq.
İdman.biz xəbər verir ki, Madrid klubu müqavilənin müddəti daha bir mövsüm artırıldığını açıqlayıb.
33 yaşlı futbolçunun "Atletiko" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Şərtlərə görə tərəflər hər mövsümün sonunda qarşılıqlı razılıq əsasında müddətin uzadılmasında qərar verirlər.
Qeyd edək ki, Koke oyun sayına görə Madrid klubunda rekordçudur. 2009-cu ildən komandanın formasını geyinən kapitan 681 dəfə meydana çıxıb.
İdman.biz