Kapitanla yola davam Rəsmi

01.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Kapitanla yola davam - Rəsmi

"Atletiko"nun kapitanı Koke klubu ilə müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək artırılıb.

Koke "Atletiko"nun yetirməsidir. O, 2009-cu ildən əsas komandada çıxış edir. Təcrübəli futbolçu bu müddət ərzində Madrid təmsilçisinin heyətində 740 rəsmi oyuna çıxıb, 50 qol vurub və 122 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Koke karyerası ərzində "Atletiko" ilə iki dəfə İspaniya çempionu, bir dəfə İspaniya kubokunun, iki dəfə UEFA Avropa Liqasının və iki dəfə UEFA Superkubokunun qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью