Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 34 futbolçu oyuna kapitan kimi başlayıb.
İdman.biz xəbər verir ki, 18 turun hamısına eyni kapitanla başlayan komanda olmayıb. “Qarabağ”la “Sabah” qeyri-adi göstəriciyə imza atıb.
Bu komandaların hərəsi nə az, nə çox – 5 kapitana ehtiyac duyub.
“Neftçi” ilə “Səbail”in hərəsində 4, “Araz-Naxçıvan”, “Zirə”, “Sumqayıt” və “Şamaxı”nın hərəsində 3 oyunçu start fitini qolunda sarğı ilə gözləyib.
“Turan Tovuz”la “Kəpəz” hamıdan az – hərəsi 2 futbolçusuna bu etimadı göstərib.
Elə ən çox kapitanlıq edənlər də Qərb klublarının təmsilçiləridir. Yeqor Xvalko 17 matçı sarğı ilə başlamaqla rekordçudur.
Şəhriyar Əliyev isə yerli futbolçular arasında hamını qabaqlayır – 15 dəfə. Hər iki kapitanı yalnız bir komanda yoldaşı əvəzləyib.