Karakaev təhdid etdi: Avropadakı bütün hədəfləri vura bilərik

22.11.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Oreşnik” bütün Avropadakı hədəfləri vura bilər.

Globalinfo.az xəbər verir ki, bunu Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakaev deyib.

O bildirib ki, bu, “Oreşnik”i digər uzaqmənzilli dəqiq silahlardan müsbət mənada fərqləndirir.

“Hipersəs bölmələri olan bu raket sistemi mühafizə olunan hədəfləri yüksək effektivliklə vura bilir. Bu silahın təyinatı və uçuş məsafəsi bütün Avropadakı hədəfləri vurmağa imkan verir. Onu digər uzaqmənzilli dəqiq silahlardan fərqləndirən əsas cəhət də məhz budur”, – deyə Karakaev  vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью