Karakas: “ABŞ bəhanə axtarır”

14.10.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “RBK” telekanalına istinadən xəbər verir ki, Venesuelanın Rusiyadakı səfiri Xesus Salasar Velaskes keçirdiyi birfinqdə belə deyib.
“Onlar Venesuela hökumətinin Latın Amerikası narkotik ticarəti ilə sıx bağlı olduğu və Venesuelanın prezident Nikolas Maduroya xidmət edən bir kartel kimi fəaliyyət göstərdiyi barədə rəvayətdən istifadə edirlər. Bu, əlbəttə ki, dəhşətli yalandır. Bundan bir səbəb kimi istifadə olunur”, - diplomat vurğulayıb.
Velaskesin sözlərinə görə, 1967-ci il Tlatelolko müqaviləsinə əsasən Karib hövzəsinin rəsmi şəkildə nüvə silahından azad zona kimi tanınmasına baxmayaraq, ABŞ Venesuelanı nüvə sualtı qayığı yerləşdirməklə hədələyib.
- Bütün bunlar Venesuela xalqına və hökumətinə psixoloji təzyiq göstərmək üçün edilir. Bütün bunlar hibrid müharibə üsullarıdır”, - Venesuelanın Rusiyadakı səfiri bildirib.
Tramp Maduro ilə bütün danışıqları dayandırır “Casus belli” (latınca – “müharibə səbəbi”) bir dövlətin digər dövlətə qarşı hərbi əməliyyatlara başlamasına əsas verən rəsmi bəhanə və ya hadisədir.
Xatırladaq ki, 2025-ci ilin sentyabrından başlayaraq ABŞ Venesuela qayıqlarına qarşı ilk növbədə Karib dənizindəki beynəlxalq sularda bir neçə raket zərbəsi endirib və onları narkotik ticarəti və yerli cinayətkar qruplaşmalarda günahlandırıb.
Bir həftə əvvəl isə, Venesuela ilə razılığa gəlmək cəhdlərindən əl çəkən ABŞ prezidenti Donald Tramp diplomatik münasibətlərin nizamlanması üçün bütün səylərə son qoyulmasını əmr edib.
Karakas, öz növbəsində, Vaşinqtonun hərəkətləri ilə bağlı vəziyyətə müdaxilə etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью