Karakas sakinləri vahiməli optik fenomenin şahidi olublar

01.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 30-da axşam saatlarında Venesuelanın paytaxtı Karakas şəhərinin sakinləri qorxulu və qeyri-adi bir təbiət hadisəsinin şahidi olublar. Şəhərin üzərindəki səma qəfildən qanlı-qırmızı və narıncı rəngə boyanıb. Cəmi bir neçə gün əvvəl ölkədə iki minə yaxın insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin baş verməsi fonunda bu mənzərə yerli əhali arasında böyük vahimə yaradıb və sosial şəbəkələrdə müxtəlif mistik şayiələrin yayılmasına səbəb olub. Lakin "VTV" telekanalının məlumatına görə, bu vahiməli görüntünün arxasında iki fərqli təbii mexanizmin kəsişməsi dayanır.

Hadisəyə təsir edən birinci və ən əsas amil fizikada "Reley səpilməsi" kimi tanınan optik fenomendir. İyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində atmosferə nəhəng həcmdə xırda süxur tozları və qum hissəcikləri qalxıb. Havada asılı qalan bu mikro-zərrəciklər təbii filtr rolunu oynayaraq günəş şüalarının qısa dalğalı (göy və mavi) hissəsini udub, yalnız uzun dalğalı (qırmızı və narıncı) şüaların keçməsinə şərait yaradıb. Bu effekt həm də regiona Saharadan gələn güclü toz fırtınasının daxil olması ilə daha da güclənib. Məhz bu iki fərqli toz kütləsinin atmosferdə birləşməsi səmanı belə qorxulu rəngə salıb.

Mütəxəssislərin fikrincə, bu prosesdə rol oynayan ikinci və daha nadir geofiziki mexanizm isə "zəlzələ işıqları" ola bilər. Bu fenomen tərkibində yüksək miqdarda kvars olan dağ süxurlarının tektonik təzyiq altında çatlaması və bir-birinə sürtünməsi nəticəsində yaranır. Yer qabığındakı güclü gərginlik elektrik yükləri generasiya edir və bu yüklər atmosferdə qısamüddətli parıltılar və ya işıqlanmalar şəklində vizuallaşır. Lakin hər iki amil eyni vaxtda aktivləşsə də, Karakas səmasının tamamilə rəng dəyişməsində məhz zəlzələ tozunun və Sahara dumanının yaratdığı atmosfer şəraiti həlledici rol oynayıb.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью