Karalyokun faydaları Orqanizmə necə təsir edir?

11.11.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, karalyok A və C vitaminləri, kalium, lif və antioksidantlarla zəngindir.

Meyvənin tərkibindəki lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini dəstəkləyir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir.

Karalyokda olan C vitamini immun sisteminin normal fəaliyyətində, A vitamininin yaranmasında iştirak edən beta-karotin isə göz sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bundan başqa, meyvənin tərkibindəki kalium qan təzyiqinin normal səviyyədə saxlanmasına, antioksidantlar isə hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasına kömək edir.

Qeyd edək ki, karalyokun həddindən artıq istehlakı həzm narahatlığı yarada bilər. Xüsusilə tam yetişməmiş meyvənin çox yeyilməsi məsləhət görülmür. Şəkərli diabeti olan şəxslər də onun qəbul miqdarına diqqət etməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью