Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür.
Halbuki, ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi.
Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.Bəs bu cərimələrin taleyi necə olacaq?
Vətəndaşlar onları ödəməyə məcburdurmu, yoxsa yaxın dövrdə dövlət tərəfindən silinməsi nəzərdə tutulur?Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycan dövlət hakimiyyət orqanları, cənab Prezident başda olmaqla, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün olduqca səmərəli tədbirlər görüblər və bu tədbirlər sayəsində müsbət nəticələr əldə olunub:“Bir tərəfdən xəstəxanalar mövcud tələblərə uyğunlaşdırıldı, yeni səyyar tipli tibb məntəqələri yaradıldı və kütləvi virus yoluxma hallarının azaldılması üçün mühüm işlər görüldü.
Amma eyni zamanda cərimələrin tətbiqi də məcburi addımlar idi.
Bütövlükdə məsələyə baxdıqda, bu cərimələrin büdcə üçün çox kiçik bir əmsal təşkil etdiyinin şahidi oluruq.