Karapetyan Bakıya gəldi, bulvardan paylaşım etdi VİDEO

06.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur qazaxıstanlı voleybolçu Kristina Karapetyan Azərbaycana gəlib.

Globalinfo.az xəbər verir ki, İnstaqram hesabında Bakı bulvarından video paylaşan Kristina tədbirlərdən birində iştirak etmək üçün Bakıya gəldiyini, soyadına baxmayaraq özünü rahat hiss etdiyini və insanların istiqanlı olduğunu dilə gətirib.

Qeyd edək ki, idmançı 2014-cü ildə məşqçi Dmitri Karapetyanla ailə həyatı qurub və bir neçə ildən sonra ondan boşanıb. Hazırda voleybolçu Mixail Ustinovla evlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью