Karapetyan Paşinyanı qorxudur

30.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

7 iyun tarixli parlament seçkilərində məğlubiyyətə uğramış Ermənistan müxalifətinin lideri Samvel Karapetyan yeni açıqlama verib.
Modern.az xəbər verir ki, “Güclü Ermənistan” blokunun lideri jurnalistlərin hakimiyyət dəyişikliyinə küçə etirazları yolu ilə nail olmaq variantını da nəzərdən keçirib-keçirmədikləri barədə sualını cavablandırıb.
Karapetyan deyib:

“Baxın, əgər vəziyyəti qiymətləndirib bunun zəruri olduğunu başa düşsək, əlbəttə ki, bunu edəcəyik. Ancaq bu gün, hazırkı vəziyyətdə bu ölkədə küçə siyasəti ilə məşğul olan yeganə şəxs Paşinyandır. Biz isə hüquqi yolla irəliləyirik və Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmişik”.

O əlavə edib:

“Biz mütləq Konstitusiya Məhkəməsinin qərarını gözləməliyik. Bundan sonra növbəti addımlarımızı planlaşdıracağıq. İndi, məsələn, niyə belə addımlar ataq ki? Axı mümkündür ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv etsin. Yaxud da mümkündür ki, seçkilərin ikinci turuna gedilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью