Karapetyan Paşinyanla mübarizəyə girdiyini elan etdi

14.07.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyan siyasi partiya yaratmaq niyyətini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Karapetyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Karapetyan iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью