Karapetyan yenidən saxlanıldı Həbsi tələb olunur

04.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Ermənistan təhlükəsizlik qüvvələri “Taşir” Şirkətlər Qrupunun rəhbəri və “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanı evində axtarış apardıqdan sonra saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun qardaşı oğlu, partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyan “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Digər tərəfdən, Ermənistan İstintaq Komitəsinin noyabrın 4-ü səhəri Samvel Karapetyanın və qardaşı oğlunun evlərində axtarış apardığını “Güclü Ermənistan” Partiyasının mətbuat katibi Aqavni Sukiasyan da təsdiq edib.
Digər tərəfdən, Ermənistanın İstintaq Komitəsi Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi ilə əlaqədar 36 nəfəri saxlayıb.
Təqsirləndirilən şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda əmlak ziyanına səbəb olma, etibar edilmiş əmlakın oğurlanması və xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri ilə ittiham olunduğu bildirilir.
Komitə əlavə edib ki, iş çərçivəsində müstəntiqlər 65 mənzildə və şirkət ünvanlarında axtarış aparıblar. Axtarışda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin əməkdaşları da iştirak edib.
Komitə Karapetyanın vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi ilə əlaqədar həbs edildiyini bildirib. Müstəntiqlərin sözlərinə görə, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin baş direktoru, onun müavini, bir neçə idarə heyəti üzvü və digərlərinin daxil olduğu cinayətkar qrupa rəhbərlik edib.
Komitə hazırda Ermənistan İstintaq Komitəsi Karapetyan da daxil olmaqla, doqquz nəfərin həbsinə dair vəsatəti məhkəməyə göndərib.
Qeyd edək ki, Karapetyan erməni əsilli tanınmış rusiyalı iş adamı və “Taşir” Qrupunun təsisçisidir. 2025-ci ilin may ayında o, Ermənistanda “Güclü Ermənistan” müxalifət hərəkatının yaradıldığını elan edib.
İş adamı bu ilin 19 yanvarından ev dustaqlığında saxlanılır. O, 2025-ci ilin iyun ayında Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Oktyabr ayında onun ittihamlarına vəzifə və ya dövlət səlahiyyətlərindən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması ittihamı da əlavə edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью