Karapetyanın daha 10 tərəfdarı saxlanılıb

23.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Stepanavanda seçkiqabağı rüşvətin verilməsi və alınması faktları üzrə bu gün daha 10 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News.am” Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hazırda bu cinayət işi üzrə ümumilikdə 24 nəfər ittiham olunur.

Qeyd edək ki, oktyabrın 25-də Stepanavanda yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.

Xatırladaq ki, Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasından Stepanavan merinə namizəd Arsen Gevorkyanın 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Daha əvvəl Stepanavan şəhərində keçirilən axtarışlar zamanı 14 nəfər saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью