Karapetyanın şirkəti əlindən alındı

08.07.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda həbs edilən rusiyalı biznesmen Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə icazə verən qanunu imzalayıb.

Axar.az xəbər verir ki, müvafiq qərar dövlət başçısının saytında yayımlanıb.

Qeyd edək ki, iyulun 3-də Ermənistan parlamenti “Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə icazə verən qanun qəbul edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью