Karapetyanın şirkətində axtarış aparılır

02.07.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistanda təhlükəsizlik qüvvələri həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS müxalif deputat Vardanyana istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.

Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью