Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25.03.2025

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya-Amerika danışıqları davam etdiriləcək və BMT və bir sıra digər ölkələr də onlara qoşulacaq”

“Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə bağlı Ər-Riyadda aparılan danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya nümayəndə heyətinin üzvü, deputat Qriqori Karasin deyib.

Karasin vurğulayıb ki, “Rusiya-Amerika danışıqları davam etdiriləcək və BMT və bir sıra digər ölkələr də onlara qoşulacaq”.

Qeyd edək ki, iki ölkənin nümayəndə heyətləri dünən Ər-Riyadda danışıqlar aparıblar. Müzakirələr 12 saat davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью