Karasindən Rusiya ABŞ görüşü barədə açıqlama KONKRET

25.03.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda martın 24-də baş tutan Rusiya-ABŞ məsləhətləşmələrində bir çox problemi müzakirə etmək mümkün olub, çətin, lakin faydalı dialoq aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib.

O qeyd edib ki, danışıqlar başqa formatda da davam etdiriləcək:

“Rusiya-ABŞ danışıqları BMT və ayrı-ayrı ölkələr də daxil olmaqla beynəlxalq birliyin iştirakı ilə davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью