Karate millimizdən daha bir medal

24.05.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatında qadın kumite millimiz Azərbaycanın aktivinə daha bir medal yazdırıb.

İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, komandamız bürünc medal uğrunda görüşdə Ukraynaya 2:1 qalib gəlib.

Bununla da komandamızın noyabrda Çinin Quançjou şəhərində keçiriləcək Dünya Kubokunda iştirakı rəsmiləşib.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kq) qızıl, İrina Zaretska (68 kq) bürünc medal qazanmışdı. Həmçinin, üç parakarateçimiz - Vidadi Xalıqov, Fərrux Qaybalıyev və Aysel Əhmədli bürünc medal əldə ediblər.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью