Karate üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi olub VİDEO AZƏRTAC | I…
Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 29 noyabr, AZƏRTAC Karate üzrə uşaq, yeniyetmə və gənclər arasında 29-cu ölkə biri
O, qalib xalqın gənclərinə sadəcə idmanda deyil, bütün sahələrdə uğurlar arzulayıb.
Ü.Quliyev Azərbaycan karateçilərinin həmişə olduğu kimi, gələcəkdə də bayrağımızı beynəlxalq arenalarda daim yüksəklərə qaldıracağına inandığını söyləyib.
Federasiya rəhbəri ölkəmizdə karatenin kütləviliyinin artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi baxımından belə turnirlərin əhəmiyyətini də qeyd edib.Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.
Azərbaycan Karate Federasiyasının ildən-ilə inkişaf etdiyini deyən E.Məmmədov bu idman növü üzrə əldə edilən uğurlardan bəhs edib.Rəsmi çıxışların ardınca son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.
Təltifetmə mərasimindən sonra tədbir bədii hissə ilə davam edib və çempionat açıq elan olunub.Qeyd edək ki, ötən gün start götürən yarışlara dekabrın 1-də yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu