Karate yığmalarımızda yeni məşqçi

13.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Karate Federasiyası (AKF) 14-15 və 16-17 yaşlılardan ibarət Azərbaycan millilərinə yeni məşqçi təyin edib.

İdman.biz xəbər verir ki, Tural Ağalarzadə bu komandalarda köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

Təyinat yığmanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью