Karateçilər Parisdə yarışacaqlar İdman və Biz

16.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın karate komandası yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, heyətə Turqut Həsənov (84 kq), Fidan Teymurova (50 kq) və Nuran Rzazadə (67 kq) daxil edilib.

Premyer Liqanın mərhələlərində iştirakçılar dünya çempionatına vəsiqə üçün xal toplayacaqlar.

Qeyd edək ki, Paris turnirində 80-dən çox ölkədən karateçilərin iştirakı gözlənilir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью