Karateçilər Silahlı Qüvvələr Günündə Lənkəranda yarışacaq

19.05.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Karate üzrə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan turnir Lənkəran şəhərində keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış 6 iyun 2026-cı il tarixində təşkil olunacaq.

Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar tatamiyə çıxacaqlar. Yarış çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalar keçiriləcək.

Tədbirin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunu yüksəltmək, sağlam həyat tərzini təbliğ etmək və karate idman növünün inkişafına dəstək verməkdir.

Turnirdə idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran idmançılar və qonaqların iştirakı nəzərdə tutulur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью