Karateçilərimiz Moskvada 1 gümüş, 4 bürünc medal qazanıblar İdman və Biz

11.11.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvada "Moscow Karate Universe-2024" beynəlxalq karate yarışı keçirilib.

Azərbaycan Karate Federasiyasından İdman.bizə verilən məlumata görə, yığmamız turnirdə 5 medal qazanıb.

Şəxsi kumite yarışlarında Teymurova Fidan (-50 kq), Sadıqova Mədinə (-55 kq), Quliyev Əminağa (-60 kq) və Hüseyn Məmmədli (-67 kq) bürünc medal, kata üzrə isə Heydərov Roman gümüş medal qazanıb.

Karateçilərimiz beynəlxalq yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə yollanıb.

Qeyd edək ki, beynəlxalq yarışda 15 ölkədən (Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Belarusiya, Ermənistan, İtaliya, Bolqarıstan, Venesuela, Tunis, Misir, Özbəkistan və Hindistan) 350-ə yaxın karateçi mübarizə aparıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью