Karateçimiz Avropa çempionatının finalında

08.02.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanlı karateçi 52-ci Avropa çempionatının finalında qızıl medal uğrunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, Ələddin Məlikov (-68 kq) 16-17 yaşlı gənclər arasında keçirilən yarışda bu şansı əldə edib.

Ələddin həlledici görüşdə Yigit Halici Ahmetlə üz-üzə gələcək. O, finala gedən yolda, portuqaliyalı, isveçrəli, çexiyalı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.

AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır" Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub - FOTO Rafael Ağayev federasiyanın vitse-prezidenti deyilmiş - Açıqlama Rafael Ağayev istefa verir - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью