Karateçimiz Avstriyada gümüş medal qazandı

07.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində uğurlu çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yarışın finalınadək irəliləyərək gümüş medal əldə edib.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью