Karateçimiz Gənclər Liqasında ikinci olub

24.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

BƏƏ-nin Əl-Füceyrə şəhərində karateçilər arasında Gənclər Liqasının birinci mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin idmançısı da fərqlənib.

52 kq-da mübarizə aparan Dəniz Nəcəfli (U-14) finala kimi irəliləyib. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışa Azərbaycan millisi 31 karateçi ilə yollanmışdı.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью