Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Global Carbon Budget" iqlim layihəsinin mütəxəssisləri belə qənaətə gəliblər. Onların hazırladıqları hesabata əsasən, qlobal səviyyədə alternativ enerji mənbələrinə keçid son illər sürətlənibsə də, eyni zamanda, karbon emissiyaları da artıb.
"Belə bir vəziyyətdə təmiz enerjiyə keçidin hazırkı tempi ürəkaçan deyil. Bir çox sahədə konkret irəliləyişlərə baxmayaraq, qazıntı yanacaqlarından istifadə artım göstərir", - Norveçdə fəaliyyət göstərən Beynəlxalq İqlim və Ətraf Mühit Tədqiqatları Mərkəzinin (CICERO) baş elmi işçisi Qlen Peters deyib.
Alimlər bütün növ qazıntı yanacaqlarının (kömür, neft və qaz) yanmasından karbon qazı emissiyalarının daha da artacağını proqnozlaşdırırlar. Ümumilikdə son 10 ildə karbon emissiyaları hesabla 0,3% artıb. Əlbəttə, bu rəqəm müxtəlif ölkələr üzrə dəyişir. Məlumata əsasən, emissiyalar Çində 0,4%, ABŞ-də 1,9%, Avropa İttifaqında 0,4%, Yaponiyada isə 2,2% yüksələ bilər.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Belə bir vəziyyətdə təmiz enerjiyə keçidin hazırkı tempi ürəkaçan deyil. Bir çox sahədə konkret irəliləyişlərə baxmayaraq, qazıntı yanacaqlarından istifadə artım göstərir", - Norveçdə fəaliyyət göstərən Beynəlxalq İqlim və Ətraf Mühit Tədqiqatları Mərkəzinin (CICERO) baş elmi işçisi Qlen Peters deyib.