Kardaşyan LosAncelesdəki evləri yanmasın deyə yanğınsöndürənlərə EHSAN VERDİ

11.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan ailəsi ilə birlikdə Los-Ancelesdəki meşə yanğınları səbəbindən evlərini tərk edib.

Publika.az "DailyMail"ə istinadən xəbər verir ki, yanğın hər an Kardaşyan ailəsinin yaşadığı məhəllələrə çata bilər.

Onların valideynlərinin də ailələri ilə birlikdə ərazidən təxliyə olunduğu bildirilir.

Kardaşyan-Cenner ailəsinin restoranı “Carousel” sosial şəbəkələrdə xəbər verib ki, ailənin xahişi ilə yanğınla mübarizə aparan yanğınsöndürənlərə yeməklərin çatdırılmasını təşkil edilib. Sifarişin ümumi dəyəri 2505,43 dollar təşkil edib.

Adəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью