Kardi Bi bu mükafatı alan ilk sənətçi oldu

25.11.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyaca məşhur reper Kardi Bi "Billboard Canada Women in Music 2026" tədbirində "İlin qlobal qadını" mükafatına layiq görülüb.

Axşam.az xəbər verir ki, mükafatlandırma mərasimi noyabrın 24-də Kanadanın Toronto şəhərində yerləşən "Rebel" məkanında baş tutub. Kardi Bi bu nominasiyada mükafata layiq görülən ilk sənətçi olub.

Qeyd edək ki, Kardi Bi son bir ildə ilk böyük arena turnesini reallaşdırıb. Onun konsert turu 70 milyon dollardan çox gəlir gətirib və 453 min bilet satılıb. Reper həmçinin dörd uşaq anası olmasına baxmayaraq, karyerasını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью