Kardinin “Mikki Maus” məclisi

08.09.2026

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kardi Bi reper Offsetdən olan kiçik övladlarının ad günləri münasibətilə “Mikki Maus“ obrazında əyləncə təşkil edib.
OLAY yazır ki, oğlu Ueyvin sentyabrın 4-də beş, qızı Blössomun isə sentyabrın 7-də iki yaşı tamam olub.

Sənətçi ağ xallı, bədənə kip oturan qırmızı libasda görüntülənib. Onun başını isə “Disney”in məşhur personajları “Minni və Mikki Maus“ təsvirləri olan saç halqası bəzəyib.

“Övladlarım Ueyv və Blössomun ad gününü təbrik edirəm! Sizi çox sevirəm. Mənim ilk və möhtəşəm oğlum, evimizi işıqla dolduran gözəl Blossim... Övladlarımı çox sevirəm” deyə Kardi Bi yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью