Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var.
APA xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri tibb elmləri doktoru Yasmin Rüstəmova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bəzi xəstələrin ürəyə ehtiyacı olsa da, transplantasiyanın həyata keçirilməsi risklidir: “Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri yaradılsa, hansı xəstəyə ürək transplantasiya əməliyyatının lazım olduğu, həmin şəxsin yaşam gözləntisinin nə qədər olacağı bilinər".