Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay aylarında bir çox ailənin dondurucusunda dondurma olur. Lakin ABŞ-da çalışan kardioloq Dara Li Lyuis evində dondurma saxlamaqdan imtina edir və bunun səbəbini izah edib.
Medicina.az xəbər verir ki, dondurmanın tərkibində doymuş yağlar, şəkər və çoxlu kalori var. Bu maddələrin həddindən artıq qəbulu xolesterinin yüksəlməsinə, damarların divarlarında piyli çöküntülərin yaranmasına, çəki artımına və iltihabın güclənməsinə səbəb ola bilər.
Kardioloq qeyd edir ki, dondurmanı evdə saxlamaq onu tez-tez yeməyi də asanlaşdırır. Buna görə o, dondurucusunda daha çox sağlam və tez hazırlanan məhsullara, o cümlədən toyuq filesi, krevet, giləmeyvə və ispanağa üstünlük verir.
Mütəxəssis dondurmanı tamamilə qadağan etmir, lakin onu gündəlik qidalanmanın bir hissəsinə çevirməməyin və ölçülü şəkildə istehlak etməyin daha yaxşı olduğunu vurğulayır.
Xanım,
Medicina.az