Kardioloq xəbərdarlıq etdi: Bu hərəkət ürəyi dayandıra bilər

04.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu Yuliya Moryakova “Qazeta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, tullanma zamanı qanda adrenalinin səviyyəsi saniyələr ərzində 5-10 dəfə artır. Ürək döyüntüləri dəqiqədə 160-200-ə, arterial təzyiq isə 30-60 mm civə sütununa qədər yüksələ bilər.

Həkim bildirib ki, ateroskleroz, gizli aritmiya və digər ürək-damar problemləri olan şəxslərdə bu yük infarkt və ya təhlükəli ritm pozuntularına səbəb ola bilər.

Xüsusi risk hipertrofik kardiomiopatiyası olan insanlardadır. Bu xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər. Lakin güclü fiziki yük zamanı qalınlaşmış ürək əzələsi qanın çıxışını məhdudlaşdıraraq ürəyin qəfil dayanmasına səbəb ola bilər.

Paraşütlə tullanma zamanı yüksəkliyə bağlı oksigen çatışmazlığı da əlavə risk yaradır. Mütəxəssis qeyd edib ki, 4000 metr yüksəklikdə oksigenin miqdarı təxminən 35 faiz azalır.

Kardioloq xüsusilə 40 yaşdan yuxarı, siqaret çəkən, artıq çəkisi, yüksək xolesterini və ya diabeti olan şəxsləri ehtiyatlı olmağa çağırıb.(publika)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью