Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

13.07.2026

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı hər kəsi dostluğa səsləməsi, dünya ölkələrini bir araya gətirməyə və həqiqətən müsbət bir mühit yaratmağa bu qədər açıq olması ən diqqətəlayiq məqamdır.

Bunu AZƏRTAC-a müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, “DHARANA Digital”ın direktoru Karen Sutherland deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev səsləndirdiyi fikirləri reallaşdırmağa çox sadiqdir. “Bu, mənim Azərbaycana və Şuşaya ikinci gəlişimdir. Xüsusilə Şuşada hər il yaradılan yeni binalar, küçələr göz oxşayır”, - deyə Forum iştirakçısı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью