Karius karyerasını Almaniyada davam etdirə bilər

24.12.2024

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Liverpul"un və "Beşiktaş"ın sabiq qapıçısı Loris Karius karyerasını Almaniyada davam etdirə bilər.

"Bild" xəbər verir ki, o, "Bavariya"nın maraq dairəsindədi.
Münhenlilərin əsas qolkiperi Manuel Noyerin zədəli olması və ikinci qapıçı Sven Ulrayxın şəxsi səbəblərə görə meydana çıxa bilməməsi "Bavariya" rəhbərliyini düşündürür. 31 yaşlı Karius hazırda azad agentdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью