Karlar Cəmiyyəti ABŞ hökumətini məhkəməyə verib

30.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin Milli Karlar Assosiasiyası (NAD) mətbuat brifinqlərində surdotərcümənin olmaması səbəbindən ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə NPR məlumat verib.

Qeyd olunur ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə bütün rəsmi administrasiya brifinqlərində surdotərcüməçilərdən müntəzəm istifadə olunmağa başlayıb. NAD bəyan edib ki, Tramp hakimiyyətə gəldikdən sonra Ağ Ev surdotərcümə xidmətini dayandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью