Karlo Ançelotti Braziliya yığmasında

28.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasında işləyəcək.

İdman.biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano öz sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatda italiyalı mütəxəssislə Braziliya Futbol Konfederasiyası (CBF) arasında danışıqlar uğurla başa çatıb. Ançelotti mövsümün sonunda "sambaçılar"a rəhbərlik edəcək. O, komandanı gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlaşdıracaq.

Qeyd edək ki, iyunun 15-də start götürəcək klublararası dünya çempionatında "Real"a Santyaqo Solari rəhbərlik edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью