Karlo Ançelotti ən yaxşı seçildi

21.12.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Dünyanın ən yaxşı klub məşqçiləri bəlli olub. Sport24.az xəbər verir ki, bu, İFFHS-in nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşib.

"Real"ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin ən yaxşısı seçilib. İtaliyalı mütəxəssis 268 xal toplayıb.

"Bayer"in ispan çalışdırıcısı Xabi Alonso 104 xalla ikinci olub. Onun "Mançester Siti"də çalışan həmyerlisi Pep Qvardiola 88 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, 2007-ci ildə "Milan", 2014-cü və 2022-ci illərdə "Real"da bu mükafatı qazanan Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью