Karlo Ançelotti ilin məşqçisi seçildi İdmanXəbər

04.11.2024

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2023/24 mövsümünün sonunda Yohan Kroyff kubokunu qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, mükafat ilin sonunda ən yaxşı məşqçiyə verilir. 2023/24 mövsümündə Ançelotti “Real”la İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub.

Mükafat uğrunda Ançelottidən başqa Xabi Alonso (Bayer), Luis de la Fuente (İspaniya millisi), Lionel Skaloni (Argentina millisi), Can Piero Qasperini (Atalanta) və Pep Qvardiola (Mançester Siti) mübarizə aparırdı. .

Xatırladaq ki,  Ançelotti və digər “Real” təmsilçiləri mükafatlandırma mərasimində iştirak etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью