Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

24.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Təcrübəli mütəxəssis Karlo Ançelotti İtaliya milli komandasına rəhbərlik etmək təklifindən imtina edib.

Fanat.Az "GE Globo" nəşrinə istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası təxminən iki həftə əvvəl təcrübəli məşqçiyə rəsmi müraciət edib.

Lakin Ançelotti Braziliya milli komandası ilə 2030-cu ilə qədər nəzərdə tutulan layihəsinə sadiq qaldığını bildirib.

O, hazırda tam olaraq Braziliya seçməsindəki işinə fokuslandığını vurğulayıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью