Karlo Ançelotti mövsüm başa çatmamış “Real Madrid”dən istefaya göndərilə bilər

17.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 aprel, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubu bu mövsüm başa çatmamış baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə “Arsenal”ına uduzaraq, mübarizəni dayandırması səbəb olub.

İddiaya görə, 65 yaşlı italiyalı mütəxəssis aprelin 26-da İspaniya Kral Kubokunda "Barselona" ilə keçiriləcək final oyunundan sonra postunu tərk edəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real Madrid"i çalışdırır. O, daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью