Karlo Ançelotti Real a qayıtmağa hazırdır | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Real"ln "sükanı arxasına" qayıtmaq istədiyini bildirib.
Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
Komandanı hazırda bu ay Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa çalışdırır.
Mənbənin sözlərinə görə, Madrid klubu 66 yaşlı italiyalı mütəxəssisi alternativ kimi nəzərdən keçirir.
Ançelotti bir müddət əvvəl mətbuata verdiyi açıqlamada Braziliya millisindəki işini bitirdikdən sonra klub səviyyəsində yalnız "Real"da çalışmaq istədiyini bildirmişdi.
Qeyd edək ki, Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2025-ci ilə qədər "Real" "sükanı arxasında" olub.
Madrid klubu onun rəhbərliyi altında 353 matçda 253 qələbə qazanıb və 48 heç-heçə edib.
Tam oxu
Xəbəri oxu