Karlo Ançelotti “Real”dan ayrılmaq istəyir

02.04.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubu tərk edə bilər. 

Missiya.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssis hədsiz yorğundur və gələcəklə bağlı məsələlərə yenidən baxmaq istəyir. Bundan başqa, o, son vaxtlar mətbuata sızan məlumatlardan narazıdır və bunların klub daxilindən həyata keçirildiyini hesab edir.

Xatırladaq ki, 65 yaşlı mütəxəssislə "Real Madrid" arasındakı hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bundan başqa, "Real Madrid"in Xabi Alonsonu Ançelottinin əvəzedicisi kimi nəzərdən keçirməsi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Alonso hazırda "Bayer Leverkuzen" klubunda məşqçilik edir. 

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью