Karlo Ançelotti türk futbolçunu təriflədi

24.04.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 33-cü turunda "Xetafe"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra matçda vurulan yeganə qolun müəllifi Arda Gülərin çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Football Espana" portalına açıqlama verib:

"Gülərin gələcəyi hücumçudan daha çox yarımmüdafiəçi kimidir. Onun oyuna gətirdiyi keyfiyyətlər fenomenaldır".

Qeyd edək ki, hazırda aktivində 72 xal olan "Real" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Zirvədə isə 76 xalla "Barselona"dır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью