Karlo Ancelotti yayda “Real”dan gedəcək? CAVABI

21.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunu tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Real"dan ayrılmaq barədə heç bir qərar verməmişəm. Ümid edirəm ki, prezident Florentino Peres (o, vəzifəsinə yenidən seçilib – red.) kimi daha dörd il də klubda qalacağam. 2029-cu ildə birlikdə böyük bir vida etmək ideal olardı!" – Lent.az xarici mediaya istinadla bildirir ki, Karlo Ançelotti söyləyib.

Bundan əvvəl Ançelottinin bu mövsümün sonunda "Real"n baş məşqçi postunu tərk edəcəyi bildirilirdi. İtaliyalı mütəxəssisi "Bayer"ə rəhbərlik edən "Kral klubu”nun keçmiş futbolçusu Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью