Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Yunayted"in yarımmüdafiəçisi Karlos Kasemiro bu yay İngiltərə klubundan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə INEOS-un şirkətinin rəhbəri və "Mançester Yunayted"in səhmlərinin bir hissəsinə sahib olan Sir Cim Ratklif açıqlayıb.
Mənbənin sözlərinə görə, Ratklif xərcləri azaltmaq və maaş büdcəsini aşağı salmaqda qəti qərarlı olduğu bir vaxtda yüksək məbləğli futbolçunun müqaviləsinin uzadılmasına razı olmayıb.
Qeyd edək ki, Karlos Kasemiro 2022-ci ilin yayında "Real"dan "Mançester Yunayted"ə keçib. Brazilyalı futbolçu bu mövsüm İngiltərə klubunun heyətində 21 oyunda iştirak edib 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.